“Liviyada indi hökumətin qurulması uğrunda iki siyasi qüvvə mübarizə aparır. İkinici turda qaib gələn tərəf hökuməti formalaşdıracaq”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin lideri R.T.Ərdoğan cümə namazından sonra jurnalistin Liviyada keçid hökumətin qurulması ilə bağlı sualına cavabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Makronun vida məktubu: “Dəyərli Ərdoğan...”
Jurnalist Ərdoğandan soruşub ki, “Fransa prezidenti Emmanuel Makron bildirib ki, Türkiyə hərbçilərini Liviyadan çıxarmalıdır. Bunu necə dəyərləndirirsiniz?”
Ərdoğan cavabında yenə də Makrona siyasət dərsi verib:
“Görünür o, bu işləri hələ öyrənməyib. Hələ uzun müddətə öyrənəcək. Türkiyə Liviyaya kefindən getməyib. Orada müxtəlif ölkələrdən, o cümlədən Çaddan xeyli hərbçi var".
"Türkiyə Liviyaya xalqın təhlükəsizliyini təmin etmək üçün gedib. Bəs Fransanın Malidə nə işi var?”, -deyə Ərdoğan cavabını yekunlaşdırıb
Bizim.Media