Soylu: “Cümhuriyyətin 100 illiyində sərhədlərimizdə terrorçu qalmayacaq” - VİDEO

Soylu: “Cümhuriyyətin 100 illiyində sərhədlərimizdə terrorçu qalmayacaq” - VİDEO

Hazırda oxunan: Soylu: “Cümhuriyyətin 100 illiyində sərhədlərimizdə terrorçu qalmayacaq” - VİDEO

109000

Türkiyə Böyük Millət Məclisində 2023-cü ilin büdcəsi ilə bağlı çıxışında daxili işlər naziri Süleyman Soylu deyib ki, Qazilər Assambleyası yarandığı gündən bu yana çox çətin və nəcib mübarizə aparıb, böhranları, müharibələri aşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.

İmperialist qüvvələrin dünyanı bir daha qarşıdurmalara və böhranlara sürüklədiyini bildirən Soylu “Əvvəl İŞİD terror təşkilatı, sonra PKK-PYD Suriya və Şimali İraqı işğal etdi. Sülh gətirdikləri iddia edilən Əfqanıstan xaos və narkotik meydanına çevirdi" sözlərini dilə gətirib.
O, HDP-li millət vəkillərinə səslənərək “Ağalarınıza baş əymədik, sizə də heç vaxt baş əyməyəcəyik” deyib.

Soylunun sözləri AK Partiya və MHP millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb.

Terrorla mübarizədə qətiyyət mesajı verən Soylu fikirlərini belə yekunlaşdırıb:

"Hər cür terrorla mübarizə aparırıq, içəridə nəfəs almırıq, terror təşkilatı olan xarici ölkələrdə “Pençe-Kilit” əməliyyatlarını həyata keçiririk. Söz verdik, onların yuvasına girdik, yenə də girəcəyik. Tarixi məclisin hüzurunda mən bu ölkənin oğlu kimi deyirəm, Cümhuriyyətin 100-cü ilində bu ölkənin dağlarında bir dənə də olsun terrorçu qalmayacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO