Rusiya və Türkiyə arasında məsləhətləşmələr keçirilib

Rusiya və Türkiyə arasında məsləhətləşmələr keçirilib

Hazırda oxunan: Rusiya və Türkiyə arasında məsləhətləşmələr keçirilib

108980

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyəyə səfər edib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı diplomat İstanbulda Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal arasında məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrin yekununa dair Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyanatda deyilir ki, Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukraynaya hər cür dəstəyi göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Türkiyə Ukrayna münaqişəsinə tezliklə son qoymağın zəruriliyini, eləcə də Moskva ilə Kiyev arasında danışıqlara qayıtmağın vacibliyini qeyd edib.

“Bu istiqamətdə tərəflərə hər cür dəstəyi verməyə hazır olduğumuz bir daha təsdiqləndi”, - deyə bəyanatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO