“Bakı və İrəvan arasında sülh üçün hər cür kömək göstəməyə hazırıq” – Rusiya XİN-in nümayəndəsi

“Bakı və İrəvan arasında sülh üçün hər cür kömək göstəməyə hazırıq” – Rusiya XİN-in nümayəndəsi

Hazırda oxunan: “Bakı və İrəvan arasında sülh üçün hər cür kömək göstəməyə hazırıq” – Rusiya XİN-in nümayəndəsi

108945

“Kreml Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

O, bildirib ki, biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, o cümlədən Rusiya ərazisində yüksək səviyyəli üçtərəfli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq.

“Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı razılaşdırılmış və uzunmüddətli həll yollarının axtarışını tələb edir. Danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur.
Biz, həmçinin, iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında müntəzəm təmaslara hazırlaşırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub", - deyə Qonçar əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO