KTMT Ermənistanla bağlı hansı qərarı qəbul edəcək? – Ermənilərin hüzünlü GÖZLƏNTİLƏRİ

KTMT Ermənistanla bağlı hansı qərarı qəbul edəcək? – Ermənilərin hüzünlü GÖZLƏNTİLƏRİ

Hazırda oxunan: KTMT Ermənistanla bağlı hansı qərarı qəbul edəcək? – Ermənilərin hüzünlü GÖZLƏNTİLƏRİ

108582

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, KTMT-nin Ermənistana yardım etmək haqqında layihəsilə bağlı İrəvanın iradları nəzərə alınacaq. O qeyd edib ki, hazırda bu sənədə düzəlişlər müzakirə olunur.

Simonyanın sözlərinə görə, problemin mövcudluğunu KTMT-nın fəaliyyətdə olan sədri Stanislav Zas da təqdiqləyib. Ermənistan parlamentinin spikeri əmindir ki, İrəvanın bu məsələdə bütün iradları nəzərə alınacaq.
Amma o, həmin məsələ ətrafında sənədin imzalanacağı konkret vaxtı deməkdə çətinlik çəkib. Bildirib ki, bu çox güman qurumun növbəti iclasında baş tutacaq.

Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyevin fikrincə, Ermənistan parlamenti spikerinin bu sayaq açıqlaması daha çox daxili auditoriyaya hesablanmış blef açıqlamadır: 

“KTMT İrəvanda keçirilən zirvə toplantısında Ermənistanın mühüm hesab etdiyi qərarları nümayişkaranə surətdə qəbul etməkdən imtina edibsə, növbəti dövrdə bu istiqamətdə Paşinyanın istəyinin reallaşacağı real görünmür.

İrəvan toplantısında nəzərə alaq ki, KTMT-yə üzv dövlətlərin dövlət başçıları iştirak edirdi. Paşinyan isə həmin toplantıda sənədə imza atmamaqla onlara qarşı sayğısızlıq edir.
Belə olan halda, Belarusun rəhbərliyi dövründə KTMT-nin Ermənistanın xeyrinə hər hansısa bir prinsipial qərarlar qəbul edəcəyi ağlabatan deyil. Sadəcə ola bilsin Ermənistan daxili auditoriyasına hesablanmış, Azərbaycana ciddi təsiri olmayan hansısa qərarlar qəbul olunsun. Amma bu da İrəvanda böyük uğur və KTMT-nin Ermənistana mühüm dəstəyi kimi qəbul oluna bilər. Lakin bütün hallarda ciddi dəstəyin olacağı gözlənilmir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO