Zelenski İran PUA-larını zərərsizləşdirən pilota

Zelenski İran PUA-larını zərərsizləşdirən pilota "Ukrayna qəhrəmanı" adını verdi - FOTO 

Hazırda oxunan: Zelenski İran PUA-larını zərərsizləşdirən pilota "Ukrayna qəhrəmanı" adını verdi - FOTO 

108576

Ukraynalı hərbi pilot Vadim Voroşilov Vinnitsa vilayəti üzərində İran istehsalı olan “Şahid” pilotsuz uçan aparatını (PUA) zərərsizləşdirdiyinə görə

“Ukrayna qəhrəmanı” adına və “Qızıl ulduz” medalına layiq görülüb. 

Bizim.Media "telegraf.com.ua"ya istinadən xəbər verir ki, bununla bağlı prezident Volodimir Zelenski sərəncam imzalayıb.

Belə ki, Vadim Voroşilov oktyabrın 12-də düşmənin “Şahid-136” kamikadze-dronunu məhv etmək üçün döyüş tapşırığını yerinə yetirib və onlardan beşini məhv etməyi bacarıb.
Müəyyən bir nöqtədə, texniki səbəblərə görə, Voroşilov təyyarəyə nəzarəti itirib, lakin onu şəhərdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi etdikdən sonra katapult edib və sağ qalıb. Hərbçi dekabrın 6-da, Ukrayna Silahlı Qüvvələri Günündə “Instagram” səhifəsində katapult etdikdən sonrakı görüntüsünü paylaşıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO