İranla sərhəddə ƏMƏLİYYAT – SAXLANILAN VAR

İranla sərhəddə ƏMƏLİYYAT – SAXLANILAN VAR

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT – SAXLANILAN VAR

108294

Dekabr ayının 04-də saat 21:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeyydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Avtomobili idarə edən şəxsin Astara rayon Pensər kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib.

Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq 70 qram “heroin”, 11 kq 620 qram “həşiş”, 4 kq 525 qram “marixuana”, 4 kq 40 qram “tiryək”, 2 kq 820 qram “metamfetamin” və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO