Ermənistanın baş nazir Nikol Paşinyan, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağ üzrə işçi qrupun erməni tərəfdən nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat Ermənistan hökumətinin rəsmi saytında məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan ordusunun polkovniki rüşvətə görə tutuldu
Məlumata görə bununla bağlı verilən sərəncamda, baş nazirin müavini Mqer Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun həmsədri, xarici işlər nazirinin müavini Armen Qevondyan isə onun müavini təyin edilib.
Xarici İşlər Nazirliyinin Avrasiya departamentindəki Rusiya bölməsinin rəhbəri Artur Qriqoryan isə işçi qrupunun katibi olacaq.
İşçi qrupun tərkibinə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, iqtisadiyyat nazirinin müavini Varos Simonyan (xarici iqtisadi əlaqələrdən məsul), Dövlət gəlirləri komitəsi rəhbərinin müavini Şuşanik Nersisyan, Baş qərargahın əməliyyatlar şöbəsinin rəisi Edvard Asryan və Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi S.Sarkisyan (iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini) daxildir.
Bizim.Media