Xəzərin sahilində 700 ədəd suitinin cəsədi aşkarlandı - VİDEO 

Xəzərin sahilində 700 ədəd suitinin cəsədi aşkarlandı - VİDEO 

Hazırda oxunan: Xəzərin sahilində 700 ədəd suitinin cəsədi aşkarlandı - VİDEO 

107703

Xəzər dənizinin Dağıstan Respublikası ərazisi sahillərində 700-ə qədər suiti cəsədləri aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Federal Balıqçılıq Agentliyinin Şimali Qafqaz Ərazi İdarəsi rəsmi “Telegram” kanalında məlumat yayıb.

“Xəzər dənizinin sahilində, Mahaçqala şəhərinin Kirovski rayonunda, Neft Bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə 650-700 baş ölçüdə suiti cəsədləri aşkar edilib. Tapılan heyvanların sayı arta bilər. İddia olunan ölüm səbəbləri hələ müəyyən edilməyib”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, mütəxəssislər məməlilərin ölüm səbəblərini müəyyən etmək üçün laborator müayinələrə başlayıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO