Rusiyaya casusluqda ittiham edilən ukraynalı siyasətçinin yaxtası HƏRRACA ÇIXARILIR  

Rusiyaya casusluqda ittiham edilən ukraynalı siyasətçinin yaxtası HƏRRACA ÇIXARILIR  

Hazırda oxunan: Rusiyaya casusluqda ittiham edilən ukraynalı siyasətçinin yaxtası HƏRRACA ÇIXARILIR  

107583

Hal-hazırda Xorvatiyada həbsdə olan ukraynalı siyasətçi Viktor Medvedçukun “Royal Romance” yaxtası hərraca çıxarılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

İlkin məlumata görə, dəyəri 200 milyon dollar olan yaxta Ukraynaya yardım üçün satılacaq.

Nəşrin məlumatına görə, hündürlüyü 29 metr olan gəmi 6 mərtəbədən ibarətdir və 2 liftlə təchiz olunub. Yaxtada 4 göyərtə, kinoteatr, idman zalı, üzgüçülük hovuzu, spa zonası və gözəllik salonu, eləcə də müxtəlif təyinatlı 50-yə yaxın otaq var.
Qeyd edək ki, cari ilin aprel ayının 12-si rusiyayönümlü mövqeyi ilə tanınan 67 yaşlı ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO