Türkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz uçuş aparatı (PUA) “Bayraktar Akıncı”dan ilk dəfə yeni miniatür bombanın sınaq atışı keçirilib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.
Bildirilib ki, Türkiyənin müdafiə korporasiyası olan “ASELSAN” tərəfindən hazırlanan “TOLUN Miniatür Bomba”nın sınaq atışları uğurla gerçəkləşib. "Bayraktar AKINCI" PUA-sı bomba ilə həyata keçirdiyi sınaq atışında hədəfi tam dəqiqliklə vurub.
“Təkirdağdan havaya qalxan "Bayraktar AKINCI" Çorlu “Bayraktar AKINCI Uçuş Tədris və Test Mərkəzi”ndən 4 ədəd “Miniatür Bomba” ilə Konyada atış testi keçirmək üçün “Karapınar Atıcılıq Test və Qiymətləndirmə Mərkəzi”nə yollanıb.
PUA hədəfini 30 kilometr məsafədən 26.000 fut yüksəklikdən dəqiq bir zərbə ilə vurub” – deyə “Baykar”ın məlumatında qeyd edilib.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media