Ermənistan parlamenti müxalifətin Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalif “Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.
Digərləri isə bitərəf qalıb.
Səsvermədən əvvəl iqtidar və müxalifət arasında üç saatlıq danışıqlar prosesi baş tutub və gərgin müzakirələr aparılıb.
Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyanın xoşuna gəlməyib.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif “Hayastan” blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin qəbul etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
15:23 / 02.12.2022
Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib
Hazırda oxunan: Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib
Hazırda oxunan: Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib
107509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.