Qarabağda Azərbaycana qarşı döyüşdə ağır yaralanan generala İrəvanda vəzifə verildi

Qarabağda Azərbaycana qarşı döyüşdə ağır yaralanan generala İrəvanda vəzifə verildi

Hazırda oxunan: Qarabağda Azərbaycana qarşı döyüşdə ağır yaralanan generala İrəvanda vəzifə verildi

10744

“Dağlıq Qarabağ Müdafiə Ordusu”nun keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyan

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası verib.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlal Arutyunyanın vurulma məqamı — SUİ-QƏSD, YOXSA? 


Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorg Altunyan “Sputnik Ermənistan”a müsahibəsində bu məlumatı təsdiqləyib.

Arutyunyan müharibə zamanı Qarabağ ordusuna komandanlıq edərək Azərbaycana qarşı vuruşub. Oktyabr ayının sonunda ağır yaralanıb, sonra onu Mikael Arzumanyan əvəz edib.

Yanvar ayının sonunda hərbi prokurorluqda Arutyunyanın həyatına sui-qəsd cəhdinə görə cinayət işi başlandığı məlum olub. 

Yaralanmasından dərhal sonra mətbuatda və sosial şəbəkələrdə onun koordinatlarının erməni tərəfdən Azərbaycana verildiyi iddiaları yayılıb.

Arutyunyanın ölkənin hərbi-siyasi rəhbərliyinin bəzi qərarları ilə guya razılaşmadığı qeyd edilib.

Bir versiyaya görə, o, İordaniyadan qüsurlu silah tədarükündən qəzəblənib, digər bir versiyaya görə isə Lələ-Təpə və Cəbrayıl yüksəkliyi istiqamətindəki əks hücuma qəti şəkildə qarşı çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO