Ötən ilin noyabrında Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin olunan Ara Ayvazyanı istefaya göndərmək istəyirlər.
Bizim.Media "Hraparak" qəzetinə istinadla xəbər verir ki, yeni nazirin fəaliyyəti artıq hakimiyyəti narazı salıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan rəsmilərinin Qarabağa icazəsiz gəlişi... – Açıqlama
Məlumata görə, Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvada Türkiyə ilə bağlı açıqlamasından məmnun olmayıb.
"Nazir qayıtdıqdan sonra onlar arasında sərt söhbət olub. Baş nazir Ayvazyana irad tutub”, - deyə qəzet yazıb.
Xatırladaq ki, 7 dekabrda Ayvazyan və rusiyalı həmkarı Sergey Lavrov Moskvadakı danışıqların ardınca birgə mətbuat konfransı keçiriblər.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı sualı cavablandıran Ayvazyan, 1915-ci il hadisələrini, qondarma “erməni soyqırımını” xatırladaraq, Türkiyənin guya Ermənistana qarşı “təcavüzkar” siyasətini bu günə qədər davam etdirdiyini deyib.
O, Ankaranın Qarabağ müharibəsində son dərəcə mənfi rol oynadığını vurğulayıb.
Bizim.Media