Paşinyan tezliklə müxalifətçilərə qarşı real repressiyalara başlayacaq

Paşinyan tezliklə müxalifətçilərə qarşı real repressiyalara başlayacaq

Hazırda oxunan: Paşinyan tezliklə müxalifətçilərə qarşı real repressiyalara başlayacaq

10715

Ermənistan parlamenti dünən yeni Məhkəmə Məcəlləsi qəbul edib. Məcəlləyə görə, ölkənin bütün ərasizində həbsləri, axtarış icazələrini, tutulmaları, məhkəməöncəsi mərhələyə xas olan digər vəsatət və şikayətləri həyata keçirən hakimlər təyin ediləcək.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyan hakimiyyəti Qarabağdan əlini üzüb” – Erməni deputat


Bunun üçün ştat ən azı 17 nəfər artırılacaq. Bunlardan 8-i İrəvanda çalışacaq.

Heç kimə sirr deyil ki, yeni hakimlər birbaşa Paşinyanın aparatına tabe olacaq və hökumət üçün faydalı qərarlar verəcəklər.

Buna müxalifət nümayəndələrinin Paşinyanın istefası uğrunda mübarizəyə başladıqdan sonra dəfələrlə tutulduqlarından, lakin məhkəmələrin onları sərbəst buraxdıqlarından sonra qərar verilib.

Artıq bu səlahiyyətlər hakimlərdə olacaq. 

İndi müxalifətçilər məhkəmələrin köməyi ilə həbs ediləcək.

Paşinyanın komandasına görə, bu, Baş nazir ilə Köçəryan arasındakı qarşıdakı seçkilərdə mübarizə baxımından xüsusilə vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO