Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan növbəti təxribat xarakterli paylaşımı ilə gündəm olmağa çalışıb. Onun Tvitter hesabında yazdığı iddiaya görə, Azərbaycan bir müddət əvvəl Praqada dördtərəfli formatda görüşləri davam etdirməyə razılaşıb.
“İclasın formatı və iştirakçıların tərkibi eyni olacaq. Ümid edirik ki, Paşinyanla görüş Emmanuel Makron və Şarl Mişelin iştirakı ilə Brüsseldə baş tutacaq”, - deyə o, qeyd edib.
Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli Marukyanın yaydığı məlumatı provakasiya adlandırıb:
“Makronun prosesdə iştirakı qəti şəkildə mümkün deyil. Ona görə ki, Makron sülhyaratma prosesində səlahiyyətli şəxs deyil. Azərbaycan onun Praqadakı görüşdə iştirakına da güclə razılıq vermişdi. Həmin görüşdən sonra Makron ölkəmizin ünvanına təhqiramiz ifadələr işlədib, Azərbaycanı təcavüzdə təqsirləndirir.
Fransa Senatı isə Azərbaycan əleyhinə öz səlahiyyətinə aid olmayan qərar qəbul edib. Bu nöqteyi-nəzərdən zənnimcə, Azərbaycan Praqada dördtərəfli formatda görüşləri davam etdirməyə razılaşdığı barədə ermənilər tərəfindən yayılan məlumat həqiqəti əks etdirmir və provakasiya xarakterlidir.
Danışıqlarla bağlı başqa variantlar da müzakirə olunur. Sülhyaratma prosesinin dayanmaması üçün görüşün Tiflisdə keçirilməsi məsələsi də müzakirə edilir. Ona görə növbəti görüşün Tiflisdə olacağı ehtimalını da haqq-hesabdan silmək olmaz”.
Xatırladaq ki, Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi iftira dolu qətnamə, noyabrın 19-da Frankofoniya təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Azərbaycan əleyhinə çağırışlardan sonra Bakı konkret mövqe ortaya qoydu.
Hətta İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin dekabrın 7-də Aİ-nin evsahibliyi ilə Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə Makronun iştirakına qadağa qoydu: “Əgər burada Fransa prezidenti iştirak edəcəksə, görüş olmayacaq”.
Məsələ konkret və aydındır!
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
10:00 / 30.11.2022
Ermənilərin Brüssel FİASKOSU: “Növbəti danışıqlar Tiflisdə ola bilər”
Hazırda oxunan: Ermənilərin Brüssel FİASKOSU: “Növbəti danışıqlar Tiflisdə ola bilər”
Hazırda oxunan: Ermənilərin Brüssel FİASKOSU: “Növbəti danışıqlar Tiflisdə ola bilər”
106960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.