“Nikolun KTMT sessiyasındakı çıxışından və üstəlik, heç bir qətnamə imzalamamasından bir neçə gün keçir. İndiyədək onun tərəfdarları buna çox sevinirlər. Ancaq mən o sevinci anlamaq istəyirəm”.
Bizim.Media xəbər verir ki, bu barədə “Yerevan today” saytının baş redaktoru Sevak Akopyan öz Facebook səhifəsində yazıb.
“Xeyr, qəbul etmək üçün bizə hansısa formul lazım idi, ancaq bu, baş vermədi, 2 ən vacib sənəd qəbul edilmədi və Nikol elan etdi: “Bizim istədiyimiz bu deyildi”.
Bəs indi nəyə sevinirsiniz, nə ilə fəxr edirsiniz?
Əslində çox vacib qətnamə qəbul olunmadı. Bu, Putin, Lukaşenko, Tokayev və başqalarından fərqli olaraq daha çox bizə lazım idi.
Amma yekdilliklə, bizim istədiyimiz kimi qətnamə qəbul edilsəydi, bu, diplomatik addım kimi qiymətləndirilə bilərdi. Manqalda bişən kababı yeməmək qəhrəmanlıqdır? (Nikol başa düşsün deyə belə misal çəkirəm)”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
19:46 / 27.11.2022
“Ermənilər Nikolun KTMT sənədinə imza atmamasına niyə sevinirlər?” - “Yerevan today” saytının baş redaktoru
Hazırda oxunan: “Ermənilər Nikolun KTMT sənədinə imza atmamasına niyə sevinirlər?” - “Yerevan today” saytının baş redaktoru
Hazırda oxunan: “Ermənilər Nikolun KTMT sənədinə imza atmamasına niyə sevinirlər?” - “Yerevan today” saytının baş redaktoru
106597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.