Paşinyan niyə Putinə qarşı çıxdı? - Ermənipərəst rusiyalı deputatdan AÇIQLAMA

Paşinyan niyə Putinə qarşı çıxdı? - Ermənipərəst rusiyalı deputatdan AÇIQLAMA

Hazırda oxunan: Paşinyan niyə Putinə qarşı çıxdı? - Ermənipərəst rusiyalı deputatdan AÇIQLAMA

106550

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, ermənipərəst siyasətçi Konstantin Zatulin “Politoloq. Ekspertiza” teleproqramında Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin İrəvan sammitində bu qurumun Ermənistana yardımı ilə bağlı bəyannamə layihəsini imzalamamasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Onun sözlərinə görə, Paşinyan bunu bəyannamənin natamamlığı, orada “Azərbaycanla sərhəddəki vəziyyətə aydın siyasi qiymət verilməməsi” ilə izah edib, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurası çərçivəsində danışıqları “dürüst və müsbət” adlandırıb. 

"Zirvə toplantısının nəticələri, fikrimcə, ziddiyyətlidir. İmzalanmaq üçün hazırlanan 17 sənəddən 15-i imzalanıb.

Amma Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyannamə və Ermənistanın müraciəti ilə bağlı sənəd intriqa yaradıb və Ermənistan tərəfinin təşəbbüsü ilə imzalanmayıb.
İrəvanda keçirilən sammitin vəzifəsi, mənə elə gəlir ki, əhval-ruhiyyəni geri qaytarmaq və KTMT-nin Ermənistan üçün zəruriliyini və faydalılığını sübut etmək idi. Və istisna etmirəm ki, bu, Rusiya prezidenti Vladimir Putinin qarşısında duran vəzifə olub. 

İmzalanmalı olan sənəd Ermənistan və Azərbaycan arasındakı münaqişə zonasına KTMT monitorinq qrupunun göndərilməsini nəzərdə tuturdu. 

Sonra KTMT müəyyən dərəcədə tələyə düşüb, pərdəarxası fəaliyyət göstərməyə üstünlük verib, bu münaqişəni bəyanatlar vermədən sakitləşdirməyə çalışıb. Nəticədə Ermənistan hökumətindəki Qərbə olan meyllilik KTMT-yə qarşı kampaniyanı təşviq etməyə və bu qurumun dəyərsiz olduğunu, öhdəliklərini yerinə yetirmədiyini elan etməyə imkan verib. Paşinyanın münaqişə məsələsi ilə bağlı sənədləri imzalamaqdan imtina etməsi də eyni xəttin davamıdır.
KTMT daxilində Azərbaycana rəğbət bəsləyənlər var və bunu Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko sonuncu görüşündə ən parlaq formada nümayiş etdirib. İstisna etmirəm ki, KTMT-nin digər üzvləri də (məsələn, Qazaxıstan və Qırğızıstan) Azərbaycanla hər hansı gərginləşməni istəmir və bu baxımdan Azərbaycana qarşı hazırlanan bəyannaməyə “yox” deyiblər.

Çərşənbə günü baş verənləri isə bir tərəfdən Paşinyanın bacarıqsızlığı, digər tərəfdən isə KTMT-yə qarşı neqativ fikirlərin təşviqi kimi şərh etmək olar.

Düşünürəm ki, Putinə qarşı çıxan Paşinyan Vaşinqton və Brüsseldə alqışlanır. Və təbii ki, sammitdən sonra müsbət nəticələr var. Amma mənə elə gəlir ki, KTMT bütövlükdə daha fəal olmalıdır. Çünki Ermənistan KTMT-dən çıxmasa da, KTMT-yə mənsub olmadığını bəyan edir”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO