İranda bu günədək 448 etirazçı ÖLDÜRÜLÜB - STATİSTİKA

İranda bu günədək 448 etirazçı ÖLDÜRÜLÜB - STATİSTİKA

Hazırda oxunan: İranda bu günədək 448 etirazçı ÖLDÜRÜLÜB - STATİSTİKA

106441

İranda bu günədək 448 etirazçı öldürülüb.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu haqda məlumatı İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi açıqlanıb.

Bildirilir ki, İran İnsan Haqları Təşkilatı noyabrın 25-i səhər satlarına yaydığı məlumatda 17 sentyabr-24 noyabr tarixlərində İranda davam edən etiraz nümayişləri zamanı 63-ü uşaq olmaqla 448 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.  

Bununla yanaşı, məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin tələbə olduğu qeyd edilib.  

Habelə bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri etirazlara dəstək verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO