İranın molla rejimi qəddar üsullara ƏL ATIB - Der Spiegel 

İranın molla rejimi qəddar üsullara ƏL ATIB - Der Spiegel 

Hazırda oxunan: İranın molla rejimi qəddar üsullara ƏL ATIB - Der Spiegel 

106399

 Almaniyada çıxan "Spiegel" nəşri bugünki buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib. 

Bizim.Media xəbər verir ki, nəşr "İran qadınları amansız repressiyalara baxmayaraq azadlıq uğrunda mübarizəni necə davam etdirirlər" başlıqlı yazısında iranlı qadın və kişilərin hökumətə qarşı mübarizədə üzləşdiyi çətinlikləri araşdırıb. 

Məqalədə "Spiegel" bir müddət öncə İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və azadlığa çıxmış bir İran vətəndaşından müsahibə alıb. Müsahibədə siyasi məhbuslara və onların ailələrinə qarşı işgəncə və zorakılığın bəzi üsullarına diqqət çəkib. 

"Spiegel"ə müsahibə verən iranlı bir kişi deyir: 

“Uzun müddətdir ki, hər gecə yuxuda görürəm, məni zorlayırlar”. 

Dünya mediası İran rejiminin etirazçılara qarşı törətdiyi vəhşiliklərin yalnız kiçik bir hissəsindən xəbərdardır.

Həmçinin "Spiegel" nəşri dini hakimiyyətə qarşı mübarizənin əzablarına da toxunub. Əli Xameneyinin ona qarşı çıxanları edam etmək istəyinin güclü olduğunu bildirib. 

Bildirilir ki, bu gün İran xalqı hesab edir ki, İranda iki “biz” var. Bir “biz” mollalar və hökumət, digər “biz” isə  xalqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO