"Xersonda insanlar çox çətin vəziyyətdədir, bu, humanitar fəlakətdir".
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.
Yanuşeviçin sözlərinə görə, ötən gün Xersonda 7 nəfər ölüb, 32 nəfər yaralanıb: “Rusiyanın açdığı atəş nəticəsində yaranan yanğınların əhatəsi durmadan genişlənir. Bu gün isə günortadan sonra şəhər mərkəzi atəşə tutulub.
MÖVZU İLƏ BAĞLI:
Xersonda SON VƏZİYYƏT: “Tibb müəssisələri boşaldılır” - FOTO
Şəhərdə elektrik və istilik enerjiləri, su yoxdur, kanalizasiya sistemi işləmir”,-deyə hərbi administrasiya rəhbəri bildirib.
Qeyd edək ki, Ukraynaya məxsus teleqram kanallarında Xersonun dağıdılmış yaşayış evləri, yandırılmış mülki obyektlərinin son görüntüləri yayılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media