İrəvana gələn Rusiya prezidenti Vladimir Putini sorosçularla yanaşı, erməni yük maşınlarının sürücüləri də etiraz aksiyaları ilə qarşılamaq niyyətindədir.
Lakin Soros və qərbpərəstlərdən fərqli olaraq, yükdaşıyanlar Rusiyadan dəstək almaq məqsədilə şüarlar səsləndirəcəklər. Bununla da Rusiya hakimiyyətinin diqqətini Gürcüstan tranzit yolu ilə Rusiyaya girişin qadağan edilməsi probleminə cəlb etməyə çalışacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “yerevan.today” saytında yerləşdirilib.
Mənbə sahibkarların ümidsizlik içində olduqlarını yazıb və qeyd edib ki, Paşinyanın hərəkətsizliyi onları Vladimir Putinə müraciət etməyə məcbur edir.
Xatırladaq ki, Gürcüstan ərazisində 25 gündür ki, Ermənistanın yük maşınları Rusiya ərazisinə daxil olmaq üçün Lars keçid məntəqəsində istifadəsiz yollarda qalıblar.
Onların yükü gömrükdə yoxlanılmır. Yeganə səbəbi isə budur ki, bu erməni yükdaşıyıcılarıdır və erməni markası ilə yük daşıyırlar.
Ötən gecə yükdaşımaları ilə məşğul olan bəzi şirkətlər etiraz aksiyası təşkil etmək üçün bir sıra ixracatçı sahibkarlardan dəstək aldıqlarını gizlətmədən İrəvana öz planları barədə məlumat veriblər. Sahibkarlar əmindirlər ki, Rusiya hakimiyyəti vəziyyəti tam başa düşmür, onların ərazisinə daxil olan avtomobillərin sayını yoxlamır.
Bir tərəfdən, vaxtı keçmiş və ya tez xarab olan erməni məhsullarına görə bazarda boşluq yarandığından istifadə edən Gürcüstan Rusiya bazarını öz malları ilə doldurur, digər tərəfdən isə Ermənistan hökuməti rusları aldatmaqdan həzz alır, çox güman ki, siyasi hesablama ilə Lars keçid məntəqəsi problemi nəhayət ki, “Zəngəzur dəhlizi”nin açılması məsələsini qanuniləşdirəcək və daxili auditoriya üçün Azərbaycan vasitəsilə Rusiya ərazisinə daxil olmaq üçün kommunikasiyaların açılmasına haqq qazandıracaq.
İş adamları iddia edirlər ki, ermənilərin Krım körpüsünə hücumda iştirakı sadəcə bəhanə olub. Gürcüstan və Rusiya hakimiyyətləri rəsmi İrəvana təzyiq etmək üçün parlaq şəkildə bundan istifadə ediblər.
Yeri gəlmişkən, erməni iş adamları Gürcüstan hakimiyyətinin göstərdiyi rəzalətdən əziyyət çəkirlər və bir dənə də olsun nazir həmin yerə getməyib, heç bir təsirli addım atılmayıb.
Gürcüstanda keçirilən görüşlərdə Ermənistan parlamentinin sədri bəyan edir ki, Ermənistan-Gürcüstan münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:07 / 22.11.2022
Yük avtomobillərinin sürücüləri Putini İrəvanda etiraz aksiyası ilə qarşılayacaq
Hazırda oxunan: Yük avtomobillərinin sürücüləri Putini İrəvanda etiraz aksiyası ilə qarşılayacaq
Hazırda oxunan: Yük avtomobillərinin sürücüləri Putini İrəvanda etiraz aksiyası ilə qarşılayacaq
105700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.