Müharibə başlayandan sonra Rusiyada məhbusların sayında azalma müşahidə edilir.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Mediazona” nəşri yazıb.
Nəşrin araşdırmasına görə, azalmalar özünü əsasən, 2022-ci ilin sentyabr və oktyabr aylarında göstərib. Belə ki, bu dövrdə Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb.
2010-cu ildən bu yana statistikada belə kəskin sıçrayışlar olmayıb. Hətta son illərin ən kütləvi amnistiyası belə qısa müddət ərzində daha az sayda rusiyalını azad edib.
Məlumata görə, məhbusların sayının azalması koloniyalarda “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) koloniyalarda döyüşçülərin cəlb edilməsi fonunda baş verir.
Araşdırmalara görə, avqustun əvvəlində islah koloniyalarında təxminən 349 min nəfər var idisə, noyabrın əvvəlinə onlardan 325 mini qalıb, 23 mindən çox insan isə koloniyalardan yoxa çıxıb.
Bizim.Media
- A-
- A
- A+
Region
23:58 / 18.11.2022
Rusiyada məhbusların sayı azalır – Onların müharibəyə cəlb edildiyi ehtimal edilir
Hazırda oxunan: Rusiyada məhbusların sayı azalır – Onların müharibəyə cəlb edildiyi ehtimal edilir
Hazırda oxunan: Rusiyada məhbusların sayı azalır – Onların müharibəyə cəlb edildiyi ehtimal edilir
105180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.