“Azərbaycanla Ermənistan arasında sülh üçün səylərimizi əsirgəməmişik” – Gürcüstan səfiri

“Azərbaycanla Ermənistan arasında sülh üçün səylərimizi əsirgəməmişik” – Gürcüstan səfiri

Hazırda oxunan: “Azərbaycanla Ermənistan arasında sülh üçün səylərimizi əsirgəməmişik” – Gürcüstan səfiri

105166

“Biz bu gün bildiyiniz kimi, Azərbaycan-Gürcüstan diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirik. Bu illər ərzində ölkələrimiz hər zaman bir-birinə dəstək olub”.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bunu açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

“Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin olunması üçün birgə işlər görmüşük. Bizim Baş nazirimizin rolunu da qeyd etmək istəyirəm. Regionda sülhə nail olmaq üçün ölkəmiz daim vasitəçilik edib. Əsirlərin qaytarılmasında və s. Ölkəmiz Azərbaycanla Ermənistan arasında sülhün yaranması üçün səylərini əsirgəməyib” – deyə səfir qeyd edib.

Diplomat bildirib ki, Gürcüstan regionda sülhün qorunub saxlanılması üçün hər zaman bütün formatlarda, görüşlərdə iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO