İranda aksiyalar zamanı SEPAH-ın polkovniki qətlə yetirildi

İranda aksiyalar zamanı SEPAH-ın polkovniki qətlə yetirildi

Hazırda oxunan: İranda aksiyalar zamanı SEPAH-ın polkovniki qətlə yetirildi

105164

İranda etiraz aksiyaları hər ötən gün daha da genişlənir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, artıq aksiyalar dövlət məmurlarının ölümü ilə müşaiyət olunur.

Belə ki, İranın Kirmanşah əyalətində aksiya iştirakçıları SEPAH-ın təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayramini qətlə yetiriblər. Hadisə adıçəkilən əyalətinin Səhnə şəhərində baş verib.

Onun soyuq silahla öldürüldüyü bildirilir. Qeyd edək ki, qətli törədən şəxslərin həbs edildiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO