Ermənistanda 3 deputat həbs oluna bilər – Aralarında Seyran Ohanyan da var

Ermənistanda 3 deputat həbs oluna bilər – Aralarında Seyran Ohanyan da var

Hazırda oxunan: Ermənistanda 3 deputat həbs oluna bilər – Aralarında Seyran Ohanyan da var

104534

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkədə gündəm yaradacaq yeni açıqlamalar edib.

Bizim.Media erməni KİV-inə istinadən xəbər verir ki, A.Simonyan müxalif “Ermənistan” fraksiyasından olan 3 deputatın həbsini istisna etmədiyini bildirib.

Spiker bunu Ermənistanın baş prokuroru Anna Vardapetyanın deputatlar Seyran Ohanyan, Vaqe Akopyan və Armen Çarçyanın həbsi ilə bağlı parlamentə müraciəti barədə yayılan xəbərə münasibət bildirərkən bunu deyib.
“İstisna etmirəm ki, qanunla bağlı problemləri olan və deputat mandatının onları qoruyacağını düşünənlər indi əksini görəcəklər”, - Alen Simonyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO