Erməni politoloq: “Ermənistan xarici siyasətdə güvənilməz dövlətdir”

Erməni politoloq: “Ermənistan xarici siyasətdə güvənilməz dövlətdir”

Hazırda oxunan: Erməni politoloq: “Ermənistan xarici siyasətdə güvənilməz dövlətdir”

10449

Bizim.Media “Armenia.Today” nəşrinə istinadən məlumat verir ki, bu sözləri erməni politoloq Suren Sarkisyan verdiyi müsahibəsində bildirib.

Ermənistan hökümətinin xarici siyasət kursunu dəyərləndirən Sarkisyan müxtəlif istiqamətlər üzrə görülən işlərin iflasa uğradığını qeyd edib.

Ermənistan və Çin arasındakı münasibətləri dəyərləndirən Suren Sarkisyan, iki ölkə arasındakı münasibətlərin ciddi və müstəsna səviyyədə olduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

''Baş xainin xanımı'' - Paşinyanın arvadını ABŞ-da belə qarşıladılar - VİDEO


Lakin Ermənistanın apardığı diplomatik uğursuzluqlar Çinlə münasibətlərdən istənilən nəticənin əldə olunmasına imkan verməyib. Əksinə Çində güvənsizlik yaradıb və Ermənistana qarşı münasibətinin dəyişməsinə səbəb olub.

2019-cu ilin mayında Ermənistan Baş nazirinin Çinə səfərini xatırladan politoloq Pekində qarşılıqlı əməkdaşlıqla bağlı müqavilənin imzalandığını diqqətə çatdırıb.

Lakin Ermənistan diplomatlarının məsələyə ciddi yanaşmamaları nəticəsində bu günə qədər əldə olunan razılaşmalarla bağlı heç bir nəticə əldə olunmayıb. Razılaşma sadəcə kağız üzərində qalıb.

Digər bir məsələ kimi Suren Sarkisyan Ermənistan və Tayvan arasındakı diplomatik əlaqələri göstərib. Belə ki, 2019-cu ildə Tayvanın İqtisadiyyat naziri Ermənistana səfər edib və qarşılıqlı əlaqələr müzakirə olunub.

Lakin Ermənistan höküməti Çinlə imzalanan və Tayvanla hər hansı rəsmi əlaqənin qurulmayacağını ehtiva edən bəyannaməni yaddan çıxarıb.

Ya da bu addım Ermənistan tərəfindən bilərəkdən atılıb. Ermənistan tərəfi hər nə qədər rəsmi əlaqələri təkzib etsə də, Çin baş verənlərdən ciddi nəticə çıxarıb.

Suren Sarkisyanın qeyd etdiyi 3-cü məsələ isə Ermənistanın Beynəlxalq Dinin Azadlıq İttifaqına qatılmasıdır.

Hansı ki, hər kəs bu ittifaqın Donald Tramp administrasiyası tərəfindən birbaşa Çinə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini çox yaxşı bilir.

Ermənistan bu ittifaqa qoşulmaqla nə qazandığı bu günədək məlum deyil. Lakin bu diplomatik həmlənin Çinlə olan münasibətləri bərk zədələdiyi ortadadır. Xüsusilə Çinlə davamlı və uğurlu əlaqələrə ehtiyac olduğu bir zamanda bu cür addımların atılması Ermənistanı bir dövlət kimi nüfuzdan salır.

Bütün bu diplomatik səhvlərin Çinin BMT Təhlükəsizlik Şurasında Ermənistana qarşı birtərəf mövqedə qalması ilə nəticələndiyini qeyd edən Sarkisyan bunda sadəcə Ermənistanın günahkar olduğunu qeyd edib.

Ermənistan xarici siyasət sahəsində Çinə münasibəti digər dövlətlər üçün də ideal nümunə ola bilər.

Çin kimi bir tərəfdaşla imzalanmış bəyannamələrə əməl etməyən və hər addımda günlük diplomatik gedişlər edən bir ölkənin digər ölkələr üçün də etibarlı tərəfdaş olacağı şübhə altındadır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO