Rusiyanın Baş naziri Azərbaycana gəlir

Rusiyanın Baş naziri Azərbaycana gəlir

Hazırda oxunan: Rusiyanın Baş naziri Azərbaycana gəlir

104484

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO