Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin mart-aprel aylarında konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Past” qəzeti öz mənbələrinə istinadən yazıb.
“Hazırlıq işlərinin aparılması ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verilib. Venesiya Komissiyası artıq əsas təkliflər üzrə rəy göndərib. Bu da kifayət qədər mübahisəli, hətta konstitusiyaya zidd müddəaların mövcudluğuna dəlalət edir”, - deyə mənbələr qeyd ediblər.
“Paşinyan həmfikirlərinə deyib ki, referendumun nə vaxt və hansı dəyişikliklərlə keçiriləcəyinə yalnız o qərar verir. Bəzi dairələr yarı-prezident idarəetmə formasına keçid üçün nə qədər israr etsələr də, baş nazir belə qərara gəlib ki, Ermənistanda parlament sistemi fəaliyyətini davam etdirməlidir”, – deyə qəzet vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
12:23 / 15.11.2022
Paşinyan referenduma gedir – Konstitusiyanı NİYƏ DƏYİŞİR?
Hazırda oxunan: Paşinyan referenduma gedir – Konstitusiyanı NİYƏ DƏYİŞİR?
Hazırda oxunan: Paşinyan referenduma gedir – Konstitusiyanı NİYƏ DƏYİŞİR?
104433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.