“Azərbaycanlılar bu dəfə bizi Moskvanın mərkəzində biabır etdilər. Bunu kiçik məğlubiyyət hesab etmək olar. Azərbaycanın növbəti uğuru Ermənistan üçün növbəti biabırçılıqdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni siyasi icmalçı Tevos Arşakyan səsləndirib.
"Noyabrın 9-da Moskvanın mərkəzindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) Azərbaycan pavilyonunda işğaldan azad edilmiş Şuşaya həsr olunmuş "Şuşa, sən azadsan!” filminin nümayişi təşkil olunub.
Moskvanın bir çox yerində filmin banneri günlərlə reklam edilib.
Ermənistanın Rusiyadakı səfirliyi və erməni lobbisi filmin nümayişinə mane olmaq üçün mümkün olan hər şeyi edib.
Çox şikayətlər edilsə də, heç bir nəticəsi olmayıb. Filmin nümayişi zamanı Ermənistan təcavüzkar ölkə kimi göstərilib. Bu, ermənilər üçün yeni məğlubiyyətdir. Bizim artıq Rusiyada güclü diasporumuz yoxdur. Diasporumuz Bakıya uduzub”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:12 / 13.11.2022
Erməni siyasətçi "Şuşa, sən azadsan!” filmi HAQDA: “Moskvada da azərbaycanlılara uduzduq”
Hazırda oxunan: Erməni siyasətçi "Şuşa, sən azadsan!” filmi HAQDA: “Moskvada da azərbaycanlılara uduzduq”
Hazırda oxunan: Erməni siyasətçi "Şuşa, sən azadsan!” filmi HAQDA: “Moskvada da azərbaycanlılara uduzduq”
104100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.