Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında terror hədəflərinə qarşı həyata keçirilən “Pəncə-Kilit” əməliyyatında indiyədək 455 terrorçu zərərsizləşdirilib, 557 mağara, sığınacaq məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə PKK terrorçular SAXLANILIB
Məlumata əsasən, İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı keçirilən əməliyyat planlaşdırıldığı kimi uğurla davam edir.
Əməliyyatlar zamanı çox sayda silah-sursat, terrorçulara aid kommunikasiya vasitəsi, partlayıcı maddə və digər ləvazimatlar ələ keçirilib.
Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bir neçə gün əvvəl verdiyi açıqlamada “Pəncə-Kilit” əməliyyatının yekunlaşmaq üzrə olduğunu, Zap bölgəsinin təmizlənməsi ilə əməliyyatın başa çatacağını bildirmişdi.
Bizim.Media