“Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb” – Paşinyandan ETİRAF 

“Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb” – Paşinyandan ETİRAF 

Hazırda oxunan: “Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb” – Paşinyandan ETİRAF 

103893

“Beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da 2007-ci ildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. Bunu nə qədər təsdiqləməmək olar?”,- deyə Paşinyan qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Azərbaycanla sülh barədə Türkiyənin mövqeyini qəbul edir” – Paşinyan


O, 1991-ci il Almatı Bəyannaməsinin Ermənistan qanunvericiliyimizin bir hissəsi olduğunu bildirib:

“Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.

Qeyd edək ki, 1992-ci ilin fevralında təsdiq edilən Almatı Bəyannaməsində də Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO