“Kim dedi ki, biz Azərbaycanla münasibətləri normallaşdırmaq istəmirik?”.
Bizim.Media xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.
O, oktyabrın əvvəlində Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün ümumilikdə müsbət təəssürat yaratdığını bildirib:
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh imzalaya bilər” – PAŞİNYAN
“Türkiyə Prezidenti ilə danışıq onu göstərdi ki, bəzən mətbuat bəyanatlarında göründüyü kimi, mənimlə Ərdoğanın fikirləri və baxışları heç də bir-birinə uyğun gəlmir. Bu o demək deyil ki, Ermənistan və ya Türkiyə danışıqlar masası arxasında əvvəlki yanaşmalarından imtina edib”.
Paşinyan bildirib ki, Ermənistanla Türkiyə arasında danışıqlarda Azərbaycan faktoru hansısa formada mövcuddur.
“Amma rəsmi səviyyədə tərəflərin ilkin şərt qoymadan münasibətlərin normallaşdırılmasının vacibliyindən danışması onsuz da pis deyil. Biz də bunu istəyirik və mən Türkiyə Prezidenti ilə görüşdə Ermənistanın bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə qəbul etdiyi ilə bağlı bir sıra nüansları təqdim etməyə çalışdım”, - deyə Paşinyan vurğulayıb.
Bizim.Media