“Yalnız Rusiya Qarabağda münaqişənin həll olunduğunu elan edə bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan ölkənin Dövlət Televiziyasına müsahibəsində bildirib.
O bildirib ki, Rusiya münaqişənin həll olunduğunu sülhməramlıların ərazini tərk etməsi və ətrafda yaşayan insanlar üçün heç bir təhlükənin olmadığını bildirdikdə deyə bilər.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Azərbaycan və İran gərginliyini “ÖZÜNƏMƏXSUS” şərh etdi
Paşinyan bildirib ki, münaqişə həll olunmadan Rusiya sülhməramlılarını geri çəksə, əraziyə beynəlxalq sülhməramlı qüvvələr nəzarət edəcək.
Erməni nazir həmçinin, ABŞ-ın regiondakı rolundan danışıb:
“ABŞ-ın bölgəmizə qarışması bizi sevindirir və ümid edirik ki, daxili siyasi proseslərdən asılı olmayaraq, onların regionda iştirakı azalmayacaq”.
Bizim.Media