Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ABŞ-a səfəri yerli ermənilər tərəfindən hiddətlə qarşılanıb.
Bizim.Media xəbər verir ki, bu barədə ermıni KİV-i məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Paşiniyanın arvadı Rusiya vətəndaşlığı alıb” – S.Baqdasaryan - VİDEO
Bununla bağlı ermənilər ABŞ-da etiraz aksiyası keçiriblər.
"Baş xainin arvadı bu yaxınlarda Los-Angeles hava limanında göründü. Anna Akopyan ABŞ-da "xain" plakatları ilə qarşılandı”,- deyə etiraz aksiyası keçirən politoloq Robert Marqaryan söyləyib.
Məlumata görə, Akopyan Los-Ancelesə mühafizəçiləri ilə gedib. Burada fevralın 1-də özünə ad günü məclisi keçirməyi planlaşdırır.
Bizim.Media