İran və Qərbdən oxşar MÖVQE - Azərbaycanın güclənməsi daha kimləri narahat edir?

İran və Qərbdən oxşar MÖVQE - Azərbaycanın güclənməsi daha kimləri narahat edir?

Hazırda oxunan: İran və Qərbdən oxşar MÖVQE - Azərbaycanın güclənməsi daha kimləri narahat edir?

103209

“Bununla əslində Saqatelyan Azərbaycanın bölgənin lider dövləti kimi imkanlarının artmasının qarşısını almaq üçün bəlli dairələrin hərəkətə keçdiyinə işarə vurub”. 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu müxalifətin İrəvanda keçirilən mitinqində daşnak rəsmisi İşhan Saqatelyanın Ermənistan və Qarabağ uğrundakı mübarizənin növbəti mərhələsini “Biz bu mitinqlə milli birliyin Stepanakert-Yerevan-Moskva-Loc-Anceles-Beyrut-Gümrü-Toronto-Nyu-York-Afina-Sünik-Tehran mübarizənin əsasını qoyuruq” şəklində şərh etməsinə münasibət bildirərkən deyib:  

“Ermənistan müxalifətinin, Daşnaqsütun partiyasının Qərbdə və İranda fəaliyyət göstərən erməni diasporunun fəaliyyətindən bəhrələn siyasətçilərilə əlaqədə olduqları bəllidir.

Daşnaq partiyasının rəsmisi tərəfindən belə bir bəyanat verilməmişdən əvvəl heç şübhəsiz ki, erməni diasporu ilə də məqsədyönlü şəkildə iş aparılıb. Bu işin nəticəsidir ki, İran “3+3” formatını əvvəlcə dəstəkləsə də, sonradan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıb. Təəssüf ki, Rusiya münaqişənin tənzimlənməsində moderator rolunu üzərinə götürsə də, onun sülhməramlılarının yerləşdiyi zonada Ermənistandan Qarabağa silah keçirilməsilə bağlı faktlar ortaya çıxır”.  

Politoloq qeyd edir ki, bölgədəki yeni geosiyasi reallıqlar Qərbi və İranı narahat edir: 

“Erməni milyarderi Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, Qarabağa gəlib vəzifə alması da göstərir ki, əslində hadisələrə erməni diasporunun maliyyə dəstəyilə Moskva,Tehran və Avropanın bəlli dairələri tərəfindən ciddi şəkildə nəzarət edilir. Bu ssenari məqsədyönlü şəkildə həyata keçirilir. 

Düşünürəm ki, bölgədəki yeni geosiyasi reallıqlar Qərbi və İranı narahat etməyə başlayıb.

İranın siyasətində Azərbaycanla bağlı qayğıların artdığını görürük. Yəqin ki, Tehranda İranda baş verən hadisələrin arxasında Qərblə yanaşı, Bakının da barmağının olması barədə faktlar deyil, hansısa illüziyalar var.

Bu isə İranı, Qərbdəki bəlli dairələri və Moskvaya bağlı ermənipərəst dairələri belə bir ssenariyə əsasıanan bəyanatlar verməyə sövq edib.  

İrəvandakı mitinqdə Daşnaqsütun partiyası rəsmisinin bəyanatı da bu mənada göstərir ki, Ermənistanın Qarabağla bağlı mövqeyi qeyri-səmimidir. Baxmayaraq ki, Paşinyan Qarabağla bağlı konsepsiyasından imtina edib.

Amma Qarabağ ermənilərinin təhlükəsizliyilə bağlı məsələləri yenidən qabartmaları göstərir ki, Paşinyan Qərbin dəstəyilə bölgədə yaranmış yeni geosiyasi reallığı dəyişmək və perspektivdə Azərbaycanla təhdid dilində danışmaq üçün Qarabağ problemi və status-kvonun saxlanılmasına cəhd göstərir. Yəqin ki, Azərbaycanın bölgənin lider dövləti kimi imkanlarının artmasının qarşısını almaq üçün bəlli dairələr hərəkətə keçiblər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO