“Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: "Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlar masasına qayıtmaq vacibdir”
“Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulma ərizələrini təsdiqləməsi onların Madrid memorandumu çərçivəsində terrorla mübarizə üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq”,-deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Finlandiya və İsveçi NATO-ya qəbulu üçün Türkiyə üzvlük protokolunu ratifikasiya etməlidir.
Bizim.Media