Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən istifadə etmək istəyir

Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən istifadə etmək istəyir

Hazırda oxunan: Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən istifadə etmək istəyir

102733

"Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən malların daşınması məqsədilə istifadə etməkdə maraqlıdır". 

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu iclasındakı çıxışında deyib. 

Qriqoryan Ermənistanın Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətini dəstəklədiyini bildirib: 

"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir. Bu prosesdə MDB və BMT-nin fundamental sənədlərinə, eləcə də dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə mühüm rol verilir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO