Simonyan: “Ümid edirəm ki, ermənilər ukraynalılardan nümunə götürməyəcəklər” - VİDEO

Simonyan: “Ümid edirəm ki, ermənilər ukraynalılardan nümunə götürməyəcəklər” - VİDEO

Hazırda oxunan: Simonyan: “Ümid edirəm ki, ermənilər ukraynalılardan nümunə götürməyəcəklər” - VİDEO

102374

“Ümid edirəm ki, ermənilər Odessanın əsasını qoyan II Yekaterinanın abidələrini kökündən qoparan ukraynalılardan nümunə götürməyəcəklər. Və onlar xatırlayacaqlar ki, Ermənistan həm fiziki, həm də mədəni baxımdan Rusiyanın tərkibində necə olub və indi necədir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan “Rossiya 1” telekanalının canlı efirində səsləndirib.

O, çıxışı zamanı erməni şairi Ovanes Tumanyanın sözlərindən sitat gətirib:

“Rusiyanın Qafqaza nə qədər ehtiyacı olduğunu bilmirəm, amma Qafqazın Rusiyaya çox böyük ehtiyacı var”. 100 il əvvəl o, bu fikirləri ilə indiki erməni “siyasətində” olan şəxslərə cavab verib.
Əlbəttə, ruslar Ermənistana kömək edirlər, çünki bu, rusların özlərinə də lazımdır. Rusiyanın marağı var, ona görə görə ki, orada bazaları mövcuddur. Deməli erməni xalqının maraqları ilə rus xalqının maraqları üst-üstə düşürsə, bu, çox gözəldir. Bu, təkcə rifahın deyil, ümumən erməni xalqının varlığının təminatıdır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO