İranda silahlı qarşıdurma: 1 zabit öldürüldü, 3-ü yaralandı

İranda silahlı qarşıdurma: 1 zabit öldürüldü, 3-ü yaralandı

Hazırda oxunan: İranda silahlı qarşıdurma: 1 zabit öldürüldü, 3-ü yaralandı

102269

Ötən axşam İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Mənbə yazır ki, Sistan-Bəluçestanın əyalətinin polis komandiri Əhməd Tahiri baş verən silahlı toqquşmada bir polis zabitinin həlak olduğunu, daha üç zabitin isə yaralandığını açıqlayıb.
O, silahlı qarşıdurmanın oktyabrın 31-də əyalətin İranşəhr şəhərinin Xeyrabad kəndi yaxınlığında meydana gəldiyini deyib.

Silahlı etnik bəluçların terrorçu qruplaşmanın üzvü olduqlarını iddia edən polis rəisi öldürülən polisin xüsusi təyinatlı qüvvələrin zabiti Mohsen Rzayi olduğunu bildirib.

Silahlı etnik bəluçların da öldürüldüyünü deyən Tahiri onların sayı və kimliyi barədə açıqlama verməyib, qruplaşmanın digər üzvlərinin saxlanılması üçün əməliyyat aparıldığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO