Mərkəzi Asiya üzrə ekspert, rusiyalı politoloq Arkadi Dubnov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi sammitinin nəticələrini təhlil edərək, onu “uğursuz” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
"Putin İlham Əliyev və Paşinyanla Soçi görüşünü "faydalı” adlandırıb. Bu o deməkdir ki, o, uğurlu alınmayıb. Nəticələrdən sonra razılaşdırılmış bəyanatdan əsas müddəalar çıxarılıb. Bu da sülh müqaviləsi yolunda Bakı və İrəvanın mövqelərinin yaxınlaşmasına gətirib çıxara bilər. Hansı ki, tərəflər ilin sonuna qədər imzalayacaqlarına söz veriblər.
Paşinyan Putindən Azərbaycana qarşı prinsipial siyasi qiymət ala bilməyib. İrəvana görə, bu gün Azərbaycan ordusu Ermənistan ərazisinin bir hissəsinə nəzarət edir.
Hətta Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizləri məsələsində mövqeləri yaxınlaşdırmağın mümkün olduğuna dair heç bir sübut yoxdur.
Hər iki tərəfə açıq şəkildə mesaj verilib ki, münaqişənin sülh yolu ilə həllində Rusiya sülhməramlılarının və Putinin müsbət rolu olub.
Qəbul edilən bəyanatın mətnində güc tətbiq etməmək, beynəlxalq hüquqa, ərazi bütövlüyünə və dövlət suverenliyinə hörmət etmək ifadələri yer alıb.
Belə vəziyyətdə İrəvan yenə də Putinə “sağ ol” deyərək Qərbdən vasitəçilik missiyası xahiş edəcək. Nəticədə isə bölgədə silahların səsi eşidiləcək”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:55 / 01.11.2022
“Paşinyan Putindən Azərbaycana qarşı prinsipial siyasi qiymət ala bilməyib” – Rusiyalı ekspert
Hazırda oxunan: “Paşinyan Putindən Azərbaycana qarşı prinsipial siyasi qiymət ala bilməyib” – Rusiyalı ekspert
Hazırda oxunan: “Paşinyan Putindən Azərbaycana qarşı prinsipial siyasi qiymət ala bilməyib” – Rusiyalı ekspert
102195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.