“Soçidəki görüş İrəvanın diplomatik fiaskosudur” – Erməni politoloq

“Soçidəki görüş İrəvanın diplomatik fiaskosudur” – Erməni politoloq

Hazırda oxunan: “Soçidəki görüş İrəvanın diplomatik fiaskosudur” – Erməni politoloq

102164

“Soçidəki üçtərəfli görüş Ermənistanın növbəti diplomatik fiaskosudur”.

Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü erməni mətbuatına şərh edərkən deyib.

“Soçidəki görüş başa çatıb. Kremlin saytı görüşdən sonra bəyanat yayıb. Mətndə Qarabağdan bəhs edilmir. Heç bir ifadə yoxdur. Hətta sülhməramlı kontingentin yerləşdirildiyi bölmədə də. Əsirlərin qaytarılmasından bəhs edilmir. Görünür,  bu, “humanitar məsələlər bloku”na daxildir”, – o yazıb.

Melkonyanın sözlərinə görə, sənəddə Ermənistanın maraqlarından irəli gələn heç bir şey əksini tapmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO