Moskvada daha bir “Azərbaycan nemətləri” stendi açıldı - FOTO

Moskvada daha bir “Azərbaycan nemətləri” stendi açıldı - FOTO

Hazırda oxunan: Moskvada daha bir “Azərbaycan nemətləri” stendi açıldı - FOTO

101925

Moskvada “Azərbaycan nemətləri” stendinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Moskvadakı “Tvoy dom” hipermarketində “Azərbaycan nemətləri” stendi açılıb. Bu, “Tvoy dom” mağazalar şəbəkəsində Azərbaycan məhsullarının təqdim edildiyi altıncı guşədir.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin “Azərbaycan Ticarət Evi” layihəsi çərçivəsində təşkil olunan stendin açılışında layihənin rəhbəri Aleksandra Zinaitova çıxış edərək Azərbaycan məhsullarının Rusiya bazarında təşviqinin, azərbaycanlı ixracatçıların şimal qonşumuzun bazarına çıxışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb:
“Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi artıq üç ildən çoxdur ki, bu istiqamətdə fəaliyyətini genişləndirir. Moskvada Azərbaycan məhsullarının alıcılara təqdim olunduğu sayca altıncı stend fəaliyyətə başlayıb. Layihə uğurla davam etdirilir, belə ki, rusiyalı alıcılar məhsullarımıza böyük maraq göstərirlər”.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin müşaviri Asiman Həmişli bildirib ki, açılan stenddə Azərbaycan istehsalı olan şərablar, bitki yağları, təbii şirələr və konservləşdirilmiş məhsullar təqdim olunur:

“Qeyd edim ki, 2019-cu ildən həyata keçirilən “Azərbaycan nemətləri” layihəsi çərçivəsində artıq beş belə guşə açılıb və hazırda fəaliyyətini davam etdirir. Moskva şəhərindən başqa Voronej və Yekaterinburqda yerləşən ticarət məkanlarında da belə stendlərimiz var. Hesab edirəm ki, bu stendlər Azərbaycan məhsullarının yerli alıcılar arasında tanıdılması, Rusiya bazarında təşviqi baxımından böyük önəm kəsb edir”.
“Tvoy Dom” hipermarketlər şəbəkəsinin direktor müavini Elxan Əliyev alıcıların Azərbaycan məhsullarını çox yüksək qiymətləndirdiyini, hazırda məhsullarımıza çox böyük tələbat olduğunu qeyd edib.

“Azərbaycan məhsulları ilk növbədə keyfiyyətinə görə fərqlənir, rəqabətə davamlıdır. Hipermarketlərimizdə Azərbaycan məhsulları hər zaman satılır. Yeni stend məhsulların daha geniş və kütləvi şəkildə alıcılara çatdırılmasına kömək edəcək”, - deyə o bildirib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO