Oktyabrın 30-da İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başlayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatı (TDT) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, tibb universitetlərinin rəhbərləri, müxtəlif ölkələrdən xüsusi olaraq dəvət olunmuş elm adamları iştirak edirlər.
Konqresdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Konqresin ilk günündə “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusunda panel sessiyalar keçirilib.
Türkiyəli professor Hasan Hüseyin Yıldırımın moderatorluğu ilə “Dayanıqlı qlobal təchizat zənciri idarəetmə modellərinə töhfə” mövzusunda panel müzakirələr aparılıb.
Sessiyada çıxış edən Azərbaycan səhiyyə nazirin müavini Rasim İsmayılov ilk olaraq koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və əldə olunan uğurlu nəticələr barədə məlumat verib.
Azərbaycan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov çıxışında rəqəmsallaşmanın səhiyyənin effektiv idarəetməni şərtləndirən ən mühüm alətlərdən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyini tərəfindən “2023-2027-ci illər üçün Rəqəmsal Səhiyyə Strategiyası” sənədi hazırlanıb. Sessiyada Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrin səhiyyə üzrə nümayəndələri təqdimatlarla çıxış ediblər.
Konqres çərçivəsində “Türk dünyası səhiyyə biznes sərgisi” açılıb.
Sonda dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancarın adını daşıyan mükafatın təltifetmə mərasimi keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Region
18:14 / 30.10.2022
İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başladı - FOTO
Hazırda oxunan: İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başladı - FOTO
Hazırda oxunan: İstanbulda “Türk Dünyası Tibb Konqresi” işə başladı - FOTO
101920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.