Paşinyandan ETİRAF – “Bütün dünya Qarabağı Azərbaycan ərazisi hesab edir”

Paşinyandan ETİRAF – “Bütün dünya Qarabağı Azərbaycan ərazisi hesab edir”

Hazırda oxunan: Paşinyandan ETİRAF – “Bütün dünya Qarabağı Azərbaycan ərazisi hesab edir”

101796

"Dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir". 

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında deyib. 

O, Qarabağ məsələsinin həlli ilə bağlı bir neçə təklifin olduğunu deyib. 

“Birinci təklifdə Qarabağ məsələsinə toxunmadan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması yer alıb”, - Paşinyan deyib. O digər yanaşmanın da olduğunu söyləyib. 

“Başqa bir yanaşma ondan ibarətdir ki, - Qarabağ məsələsini həll edək. Amma belə olan halda sual yaranır ki, bu tərəflərdən hansı onu Azərbaycanın bir hissəsi hesab edir, hansı hesab etmir? Amma dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”, - deyə Paşinyan əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO