Paşinyan “Yerablur”da jurnalist Liya Sarkisyanla ağızlaşıb.
Bizim.Media “yerkramas”a istinadən xəbər verir ki, “Yerablur” əsgər məzarlığını ziyarət edərkən Ermənistan Baş nazirinin sözləri jurnalistlərdən biri ilə çəp gəlib.
Nikol mübahisə zəminində Liya Sarkisyana deyib ki, “sualları yazılı formada təqdim etsən, canlı yayımda cavab verəcəm”.
Qeyd edək ki, erməni jurnalisti narahat edən əsas məsələ baş nazirin “Şuşa Azərbaycandır” sözləri olub. Adıçəkilən qəbirstanlıqda dəfn olunan ermənilərin əksəriyyətinin Şuşa ətrafında döyüşlərdə öldüyünə görə, Nikol mühafizəsinin müşaiyəti ilə “Yerablur”u tərk edib.
Bu gün Liya Sarkisyan yazılı müraciətlə hökumət evinin qarşısına gəlsə də, Paşinyan binadan çıxıb, onun suallarını cavablandırmayıb.
Erməni jurnalist əlində tutduğu yazılı lövhədə Paşinyanın parlamentdəki bu çıxışını əks etdirib:
“I Qarabağ müharibəsinə qədər Şuşa sakinlərinin 90 %-ni azərbaycanlılar təşkil edirdi. Demək istəyirsiniz ki, 90 faizlik azərbaycanlı əhali ilə Şuşa erməni şəhəridir?”.
Liya Sarkisyan sualına cavab tapmaq üçün Baş naziri gözləsə də, bir müddət sonra Paşinyanın tərəfdarları həmin yerə gəlib, jurnalistin əlindəki sual yazılan kağızı cırıq-cırıq ediblər.
Bizim.Media