Paşinyan “rus variantı”ndan qaçmağa çalışır – Soçidə onu nə gözləyir?

Paşinyan “rus variantı”ndan qaçmağa çalışır – Soçidə onu nə gözləyir?

Hazırda oxunan: Paşinyan “rus variantı”ndan qaçmağa çalışır – Soçidə onu nə gözləyir?

101476

Ermənistanda çıxan “Hraparak” qəzetinin yazdığına görə, “Paşinyan dar çevrəsində bildirib ki, Ermənistan hakimiyyət dəyişikliyi ilə hədələnsə belə, heç bir halda “sülh müqaviləsi”nin rus variantını imzalamayacaq.

“Baş nazir deyib ki, xalq hakimiyyəti dəstəkləyir və o, Rusiyanın təhdidlərindən qorxmur”- deyə mənbə qeyd edib.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasovun fikrincə, Paşinyanın bu açıqlaması Rusiyanın yedəyində gedə-gedə Qərbin simpatiyasını qazanmağa hesablanmış addımdır:

“Bu da Qərbdə yaşayan erməni diasporunun oyunbazlığının nəticəsidir. Əslində bu sülh müqaviləsinin rus variantı deyil, Azərbaycan variantıdır. Adətən müharibədə qalib gələn tərəf diqtə edir, oyun qaydalarını o müəyyən edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan delimitasiya prosesini uzadır: “İlin sonuna qədər başa çatdırıla bilməz”


Rusiya və Türkiyə də prosesdə Azərbaycanın baxışlarını dəstəkləyir. Belə olan halda, hansı məntiqlə ona sülh müqaviləsinin rus variantı demək olar? Bu doğru yanaşma deyil. Azərbaycanın istəyi olmasaydı, əlahiddə tərzdə prosesi təmin edə bilərdi. Düzdür, Rusiya vasitəçi kimi çıxış edir və ona yox demirik. Çünki Moskva da bilir ki, bölgədə vəziyyəti gərginləşdirən Ermənistandır. Azərbaycanın baxışları isə son dərəcədə sağlam və praqmatikdir.

Dünya erməniliyi Ermənistan dövlətini öz alətinə çevirir və çalışır onun vasitəsilə vəziyyəti qarışdırsın. Buna baxmayaraq, Azərbaycan Ermənistan deyilən aləti tərksilah və məhv etdi. Sülh prosesində də Azərbaycanın yanaşması etalondur.

Ona görə Rusiya da ona “hə” deyir. Belədə Ermənistanın sülh prosesinə öz diktəsini yeritmək səlahiyyəti yoxdur. Dar çərçivədə Paşinyan bunu deyə bilər. Ancaq alternativləri də yoxdur. sülh müqaviləsinə qol çəkməyəcəksə, Ermənistan özünə pis edəcək.

Onsuz da Azərbaycan Ermənistan olmadan bütün layihələri həyata keçirib. Ermənistanın isə qeyri-sağlam yanaşması yalnız özünə ziyan gətirib. Belə hərəkət etsələr, itib-batmaq ərəfəsində olan Ermənistanın qalıqları da tamamilə əriyəcək”.

Xatırladaq ki, bu cür bəyanatlar tam da üçtərəfli Soçi görüşünə bir neçə gün qalmış verilir. Ekspertlərin fikirncə, Moskva bütün məlumatlara həssaslıqla yanaşır, Ermənistanın son vaxtlar Qərblə, xüsus ilə Fransa ilə seperat danışıqlarından da xəbərdardır.
Ona görə də səbri tükənmiş Rusiya oktyabrın 31-də Soçidə Paşinyanı bəzi məcburetmə əməliyyatlarına məruz qaoya bilər.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO