Ermənistan delimitasiya prosesini uzadır: “İlin sonuna qədər başa çatdırıla bilməz”

Ermənistan delimitasiya prosesini uzadır: “İlin sonuna qədər başa çatdırıla bilməz”

Hazırda oxunan: Ermənistan delimitasiya prosesini uzadır: “İlin sonuna qədər başa çatdırıla bilməz”

101438

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi ilin sonuna qədər yekunlaşa bilməz. 

Bizim.Media xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” fraksiyasından parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

"Hazırda proses gedir və müvəqqəti məhdudiyyətlər maneə olmamalıdır. Bilirsiniz ki, bizim başqa qonşu ilə belə problemimiz var və bu, onilliklərdir ki, davam edir", deyə o, qeyd edib.
Deputatın fikrincə, razılaşmaq lazımdır ki, bu proses uzun və maneəsiz olsun, vaxt məhdudiyyəti qoyulsa, proses irəli getməyəcək.

"Əsas odur ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərlə bağlı masada belə bir sənəd var. Onun çərçivəsində delimitasiya və demarkasiya problemlərini həll edə bilərik", - o vurğulayıb.

Köçəryan bildirib ki, delimitasiya və demarkasiya məsələləri sülh müqaviləsi ilə bağlıdır, lakin eyni vaxtda həlli üçün məcburi şərt yoxdur.

“Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan qeyd edib ki, niyyət ilin sonuna qədər delimitasiya prosesini başa çatdırmaqdır, demarkasiya isə uzun prosesdir.

Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiyini açıqlamışdı. Ermənistan hakimiyyəti ümid edir ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər tamamlanacaq.
Bu il mayın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması haqqında fərman imzalayıblar. Mayın 24-də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın ilk iclası keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO