İranda oksigen zavodunda partlayış olub - Ölənlər var

İranda oksigen zavodunda partlayış olub - Ölənlər var

Hazırda oxunan: İranda oksigen zavodunda partlayış olub - Ölənlər var

101437

İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən oksigen zavodunda partlayış olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətinin rəhbəri İbrahim Qənbəri hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini və bir nəfərin yaralandığını deyib.

O, yerli vaxtla ötən gecə saat 20:20-də baş verən partlayışın səbəbinin hələlik məlum olmadığını və qəzanın səbəblərinin araşdırılmasınn bu gündən başlayacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO