Paşinyanın SÜLH YALANI – “Soçi görüşündən nəticə hasil olmayacaq”

Paşinyanın SÜLH YALANI – “Soçi görüşündən nəticə hasil olmayacaq”

Hazırda oxunan: Paşinyanın SÜLH YALANI – “Soçi görüşündən nəticə hasil olmayacaq”

101412

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də baş tutacaq liderlərin Soçi görüşü öncəsi parlamentdə sülh prosesi ilə bağlı açıqlamaları ilə yadda qalıb.
Ermənistan lideri Azərbaycanla il sonuna qədər müqavilə imzalamaq istədiyində olduqlarını elan edib.

“Hökumət bunun üçün lazım olan hər şeyi edir. Biz çalışacağıq ki, bunu sərhədlərin delimitasiyası tamamlanana qədər başa çatdıraq”, - deyə Paşinyan əlavə edib.

Bəs, Ermənistan liderinin bu açıqlamaları nəyə hesablanıb?
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan sülh müqaviləsinin rus variantını imzalamayacaq - KİV


Mövzunu Bizim.Media üçün şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli qeyd edib ki, əgər Paşinyanın addımı real nəticə əldə etməyə hesablanıbsa, bəzi məsələlər bunun realizasiyasını mümkünsüz edir:

“Çünki delimitasiya və demarkasiya bitməlidir. Ermənistan isə Azərbaycanı onun ərazisinə təcavüzdə ittiham edir.

İkincisi, Qarabağda Ermənistanın silahlı hərbçiləri, terrorçular var və bu da həll olunmamış məsələdir.

Üçüncüsü, 5 min azərbaycanlı əsir və itkinimiz var. Bu insanların taleyi ilə bağlı kim məlumat verməlidir?

Dördüncüsü, Zəngəzur dəhlizi yarımçıq qalıb və ümumiyyətlə işlərin görülməsinə başlamaq mümkün olmadı. 

Beşincisi, Ermənistanın iddiaları davam etməkdədir. Özü də ərazi iddiaları onların konstitusiyasında öz əksini tapmaqdadır.  

Altıncısı, Paşinyan bu açıqlamaları Rusiyadakı görüşdən əvvəl verib. Üçtərəfli müzakirələrdən öncə “Ermənistanın sülh sazişi bağlamaq” istəyi Paşinyanın rola girməsi anlamına gəlmirmi? Paşinyanın bu açıqlamasında belə nəticə hasil olur ki, sülh istəməyən tərəf Azərbaycandır”.

Əziz Əlibəylinin sözlərinə görə, Ermənistan liderinin bu açıqlamaları onu göstərir ki, böyük ehtimalla Soçi görüşündə nəticə əldə olunmayacaq:

“Nəticə əldə olunmayacağı təqdirdə, indidən bəyanatın içərisindəki dəhlizlər məsələsi, prosesi baltalamağa çalışan Rusiyadakı anlaşılmaz qüvvələr, KTMT-nin mövcud vəziyyətdə Ermənistanın ərazi bütövlüyünə aid mövqe ortaya qoyma gözləntiləri qarşılıqsız qalacaq.
Belə olan halda, Paşinyan indidən bunun məsuliyyətini qlobal miqyasda nümayiş etdirmək üçün Azərbaycanın üzərinə atır. Eyni zamanda Rusiya ilə onsuz da pis vəziyyətdə olan münasibətləri daha da pisləşdirmək niyyəti güdür. Hesab edirəm ki, Paşinyanın 31 oktyabr görüşündən sui-istifadə etmək planı bu açıqlamalarda aydın şəkildə öz əksini tapıb”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO